Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri avqustun 18-dən 28-dək illik genişmiqyaslı “Ulchi Freedom Shield” təlimləri keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, təlimlər real təhlükələri əks etdirəcək və müttəfiqlərin bütün sahələrdə döyüş hazırlığını artırmaq məqsədi daşıyacaq.
“Təlimlər milli səviyyədə böhranın idarə edilməsi bacarıqlarını gücləndirmək, mülki müdafiəyə cavab vermək bacarıqlarını artırmaq və kibertəhlükəsizliyi təkmilləşdirmək üçün Koreya Respublikası hökuməti daxilində qurumlararası koordinasiyanı asanlaşdıracaq”, – məlumatda bildirilib.



