Xəbərlər

KİV: Çin ABŞ-a sanksiyalar tətbiq edə bilər

“Çinin Rusiya və İranla əməkdaşlığı səbəbi ilə öz hegemonluğunu qorumaq üçün ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab olaraq əks tədbirlər görmək imkanı və hüququ var”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “China Daily” qəzeti məlumat yayıb.

“Milli təhlükəsizliyin müdafiəsi bəhanəsi ilə sanksiyalar siyahısını genişləndirən Amerika tərəfinin öz hegemonluğunu qorumaq üçün atdığı son addımlar qəbuledilməzdir. ABŞ-ın iqtisadi təqibləri qarşısında Çin müəssisələrinin qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirlər görülməlidir”, – məlumatda bildirilib.