“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn cümə günü Suriyaya səfər edə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin “Sözcü” telekanalının aparıcısı Fatih Portakal deyib.
“Cümə gününə diqqət yetirin, Ərdoğan çox güman ki, bu gün Türkiyədə olmayacaq, əgər gözlənilməz bir şey olmazsa, Ərdoğan Dəməşqə səfər edəcək. Orada Əməvi məscidində cümə namazı qılacaq və Suriyanın yeni səlahiyyətliləri ilə görüşəcək”, – aparıcı əlavə edib.