“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında BRİCS sammiti çərçivəsində Kazanda keçiriləcək danışıqların gündəliyi çox gərgin olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Yaxın Şərqdəki hadisələr, Ukraynadakı münaqişə, iki ölkə arasında ticarət, ABŞ-ın “S-400″ havadan müdafiə sistemindən imtina tələbi, Suriya problemi və s. məsələlər müzakirə olunacaq”, – məlumatda bildirilib.