Ermənistan Respublikasının keçmiş Baş naziri Ovik Abramyan bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ovik Abramyana qarşı cinayət işi vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət mənşəli olduğu iddia edilən əmlakın, yəni torpaq sahələrinin leqallaşdırılması maddələri ilə bağlı açılıb.



