Xəbərlər

KİV: HƏMAS 34 girovu azad etməyə razılaşıb

HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 34 girovu azad etməyə razılaşıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

“İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir. Hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazım olacaq”, – məlumatda bildirilib.