İsrail ordusunun HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarı öldürməsindən sonra Xalid Meşal təşkilata yeni rəhbər seçilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “LBCI” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
“HƏMAS rəhbərliyi Sinvarın Tel əl-Sultan əməliyyatı nəticəsində həlak olması barədə Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb və onun öldürülməsindən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqların davam etdiriləcəyini vurğulayıb”, – məlumatda bildirilib.