Xəbərlər

KİV: HƏMAS İsraillə atəşkəs üçün danışıqlar aparmaq istəyib

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında müharibəyə son qoymaq üçün İsraillə atəşkəs sazişi bağlamaq istədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata əsasən, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.