Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlama üzrə İsrail tərəfi ilə dolayı danışıqların yeni mərhələnin başlanmasına, o cümlədən İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə girovların mübadiləsinə dair razılığın əldə olunmasına heç bir maneə yaratmaq niyyətində deyil.
“Füyuzat”ın məlumatına görə, bunu HƏMAS hərəkatının sözçüsü Yəhya Səriyə bildirib.
Onun sözlərinə görə, HƏMAS girovların dəyişdirilməsi ilə bağlı İsrail tərəfi ilə fələstinli məhbuslar üçün danışıqların bərpasına qarşı çıxmayacaq.
Hərəkatın sözçüsü izah edib ki, HƏMAS Qəzzada müharibənin sona çatmasına səbəb ola biləcək heç bir pəncərəni bağlamaq niyyətində deyil.