Xəbərlər

KİV: HƏMAS və İsrail birinci mərhələdə azad ediləcək girovların sayını müzakirə edir

İsrail nümayəndə heyəti Qəzza zolağında HƏMAS qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün bazar ertəsi axşam Qətərə səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ynet” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

“Dekabrın sonuna qədər razılığa gəlmək üçün səylər davam edir. Təfərrüatların çoxu razılaşdırılıb, lakin əsas mübahisə ilk mərhələdə azad edilməli olan girovların sayı ilə bağlıdır. Hazırda danışıqlar girovların sayı və şəxsiyyəti üzərində cəmləşib”, – məlumatda bildirilib.