“Hindistan öz hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi düşünür”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Pakistan Cənub-Şərqi Asiya istiqamətində hərəkət etmək üçün Çin və ya Şri-Lankadan keçən marşrutları izləməli olacaq. Halbuki dövlətə məxsus Pakistan Beynəlxalq Hava Yolları Sinqapur və Taylanddan başqa Kuala Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə hərəkət etmək üçün Hindistanın hava məkanından istifadə edir”, – məlumatda bildirilib.