Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) sərhəd pozuntularının qarşısını almaq üçün Pakistanla həmsərhəd Cammu bölgəsinə əlavə 2 batalyon yerləşdirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “PTI” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Batalyonların 2000-dən çox canlı qüvvəni əhatə etdiyi və Pakistanla beynəlxalq sərhəddə mövcud BSF mövqelərinin arxasında ikinci müdafiə xəttini gücləndirmək məqsədi daşıdığı bildirilib.
Qeyd edək ki, sərhədin gücləndirilməsi qərarı 2024-cü ildə Rajouri, Poonç, Reasi, Udhampur, Kathua və Doda rayonlarında 18 təhlükəsizlik işçisi də daxil olmaqla 40-dan çox insanın həlak olduğu silsilə terror aktlarından sonra qəbul edilib.