Hindistanın Müdafiə Nazirliyi Hindustan Aeronotics Limited (HAL) dövlət korporasiyası ilə Hindistan Hərbi Hava Qüvvələrinin “Su-30MKI” sürətli qırıcıları üçün öz müəssisələrində “AL-31 reaktiv” mühərriklərinin istehsalına dair müqavilə imzalamağı planlaşdırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of İndia” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, “Su-30 MKI”nin dəyəri 7,5 milyard dollardır və onun modernləşdirilməsi HAL korporasiyası tərəfindən həyata keçiriləcək.