Xəbərlər

KİV: Hizbullah üzvlərinə aid minlərlə cihazı İsrail partladıb

“İsrail qüvvələri Hizbullah hərəkatı üzvlərinin minlərlə şəxsi portativ radiosunun bombalanmasında iştirak edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı əməliyyatla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hücumun məqsədi Hizbullahın daxilində paranoyanı, qorxunu artırmaq və hərəkat rəhbərliyinə İsraillə münaqişə ilə bağlı siyasətini dəyişmək üçün təzyiq göstərməkdir.