Xəbərlər

KİV: İran İsrailə hücum etməkdən çəkinir

“Hizbullah hərəkatı İranı İsrailə hücum etməyə çağırıb, lakin Tehran indiyə qədər bundan çəkinib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” Qərb və İsrail diplomatlarına istinadən məlumat yayıb.

Qeyd edilib ki, hərəkat rəhbərliyi son günlər İranı İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda qətlə yetirməsinə cavab olaraq hücum təşkil etməyə çağırıb. İran Prezidenti Məsud Pezeşkian hazırda Nyu-Yorkda BMT Baş Assambleyasında olduğu üçün İsrailə qarşı hücuma keçmək məsələsinə baxılmayıb.