İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyədəki evinə pilotsuz uçuş aparatının (PUA) buraxılması İran tərəfindən hazırlanmış Netanyahunu öldürmək cəhdidir.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı yüksək rütbəli hökumət rəsmisinə istinadən məlumat verib.
Telekanal həmsöhbətinin bəyanatından sitat gətirib ki, İran İsrailin Baş nazirini “aradan götürməyə” çalışıb.
İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, oktyabrın 19-da Netanyahunun Qeysəriyyədəki evinə doğru pilotsuz uçuş aparatı buraxılıb.
O qeyd edib ki, insident zamanı heç bir itki yaşanmayıb və hücum zamanı Baş nazirin özü və həyat yoldaşı evdə olmayıb.