Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel “Alman polisi tərəfindən bəzi İslam mərkəzlərinin bağlanması” ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı İslam Mərkəzini (İH) və onun Almaniyadakı filiallarını qadağan edib. Buna görə də İran tərəfi Almaniyanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.