Xəbərlər

KİV: İraqdakı aviabazaya raket hücumu nəticəsində 5 ABŞ əsgəri yaralanıb

İraqın Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına raket hücumu nəticəsində azı 5 ABŞ hərbçisi yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Times of İsrael” qəzeti məlumat yayıb.

Məlumata görə, bazaya iki raket atılıb və ərazidə ən azı bir mərmi partlayıb.

Qeyd edək ki, bundan əvvəl “Shafaq News” portalı İraq təhlükəsizlik xidmətindəki mənbəyə istinadən ölkənin qərbində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi Ayn əl-Əsəd aviabazasının raket atəşinə tutulması barədə məlumat yayıb.