“İsrail rəhbərliyi altı həftə ərzində Livanda Hizbullah hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Qarşıdan qış gəldiyi üçün İsrail 4-6 həftə ərzində Hizbullah ilə müharibəyə başlamasa, bunu 2025-ci ilin yazına qədər həyata keçirmək mümkün olmayacaq və ya işlər daha çətin olacaq. Çünki qışda Livanın dağlıq bölgələrində hava şəraiti İsrail ordusunun Qəzza səhralarında qarşılaşdığı hava şəraiti ilə müqayisədə daha sərt və kəskin olur”, – nəşr bildirib.