İsrail Müdafiə Qüvvələrinin hərbi texnikası Qəzza zolağında HƏMAS hərəkatının lideri Yəhya Sinvarın anklavın cənubunda yerləşən Xan Yunis şəhərindəki evini mühasirəyə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Sinvarın evi çərşənbə axşamından mühasirəyə alınıb. HƏMAS liderinin özünün binada olub-olmaması barədə məlumat verilməyib.
Misirin “Al Watan” portalı Fələstin mənbələrinə istinadən iddia edib ki, Sinvar həmin evdə deyil.