Xəbərlər

KİV: İsrail HƏMAS ilə razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək

“Yanvarın 16-da Dohada İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin birinci mərhələsi 2 min fələstinli məhbusun müqabilində 33 israilli əsirin azad edilməsini nəzərdə tutur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

“Sazişin birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq. Əvvəlcə 33 girov azad ediləcək: qadınlar və uşaqlar, sonra qadın əsgərlər, sonra 50 yaşdan yuxarı kişilər və gənclər azad ediləcək” , – məlumatda bildirilib.