Xəbərlər

KİV: İsrail Hərbi Hava Qüvvələri Beyruta 20-yə yaxın zərbə endirib

Cümə axşamı İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyrutun müxtəlif ərazilərində təxminən 20 hava hücumu həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Mayadeen” televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, ötən gecə Beyrutun cənub məhəllələri xüsusilə ağır bombardmana məruz qalıb.

Livanın şimal-şərqindəki Əl-Hirmil şəhərinə də hava hücumu həyata keçirilib.