Xəbərlər

KİV: İsrail kəşfiyyat xidmətinin rəhbəri Qahirəyə gedib

İsrail Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi məsələlərinin müzakirəsi ilə bağlı Qahirəyə gedib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, İsrail nümayəndəsinin Misir rəsmiləri ilə görüşü ola bilər. Qahirədə müzakirə olunan məsələlər arasında Qəzza-Misir sərhəddindəki Rəfah bölgəsində nəzarət-buraxılış məntəqəsinə nəzarət və qaçaqmalçılıqla mübarizə də olacaq.