İsrail Livan və Suriya arasındakı Əl-Masna nəzarət-buraxılış məntəqəsinin ərazisini vurub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya mətbuatı məlumat yayıb.
Bildirilir ki, İsrail ordusu Suriya ilə Livan arasındakı sərhəd keçidində mühüm nəqliyyat infrastrukturuna iki raket zərbəsi endirib. Bu raketlər ölkələr arasında hərəkəti dayandırıb.