İsrail rəhbərliyi “Hizbullah”la müharibənin yekunlaşdırılması üçün bir sıra şərtlər irəli sürə, o cümlədən BMT-nin Livandakı müvəqqəti qoşunlarının sülhməramlılarının sayını 10 mindən 15 minə qədər artırmağı tələb edə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, İsrail dövləti təkid edəcək ki, Hizbullah təşkilatının qüvvələri ərəb respublikasının sərhəd bölgələrini tərk etsinlər. Bundan başqa, BMT sülhməramlılarından Hizbullaha qarşı daha aqressiv mübarizə qaydalarına tabe olunması tələb edilə bilər. Həmçinin, İsrailin şərtlərindən biri təşkilatın Livanın cənub bölgələrindəki fəaliyyəti ilə bağlı məlumat toplamaq üçün rəsmi icazə almaq ola bilər.
Qəzetin mənbələri qeyd edir ki, İsrail tərəfi BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin gücləndirilməsini tələb edə bilər. Bu qərarın yeni versiyasına onun yerinə yetirilməsini təmin etmək üçün mexanizm təqdim olunmalıdır.