Xəbərlər

KİV: İsrail polisi Təl-Əvivdə 40-a yaxın etirazçını saxlayıb

İsrailin müdafiə naziri Yoav Qallantın istefası ilə bağlı Təl-Əvivdə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı polislər 40-a yaxın adamı saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, etirazçılar Ayalon magistral yolunu bağlayıb və atəşfəşanlıq ediblər, polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və digər xüsusi vasitələrdən istifadə edib.