Xəbərlər

KİV: İsrail Qəzza danışıqları üçün Qətərə nümayəndə heyəti göndərə bilər

İsrail hökuməti Qəzza zolağında atəşkəs rejiminə dair dialoqun mümkün bərpası və israilli girovların azad edilməsi ilə bağlı Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyətini Dohaya göndərməyi düşünür.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, İsrail nümayəndə heyəti Qətərə gələrsə, tərəflər anklavda döyüşlərin dayandırılmasına və HƏMAS hərəkatının əlində qalan bütün girovların azad edilməsinə imkan verəcək hərtərəfli sazişin hazırlanmasını müzakirə etməli olacaqlar.