Qəzza zolağının şimalında yerləşən Fələstinin Kamal Advan tibb kompleksi yenidən İsrail hərbçilərinin hücumuna məruz qalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəstəxananın direktoruna istinadən məlumat yayıb.
“Kamal Advan tibb kompleksi beşinci dəfə binaya bombalar atan İsrail pilotsuz uçuş avadanlıqları (PUA) tərəfindən hücuma məruz qalıb. Bombalama nəticəsində ölənlər var. Qurbanların sayı barədə hələlik dəqiq məlumat yoxdur”, – direktor bildirib.