BMT-nin Ümumdünya Ərzaq Proqramı İsrailin Fələstin anklavına ərzaq və humanitar yardımı məhdudlaşdırmağa davam etdiyi üçün Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, bir aya yaxındır İsrailin mühasirəsində qalan Qəzzanın şimalındakı sakinlərə faktiki olaraq heç bir yardım çatmır.