Xəbərlər

KİV: İsrail qoşunları Cenini tərk edib

İsrail hərbiçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərinin və onun yaxınlığındakı qaçqın düşərgəsinin mühasirəsinə son qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə WAFA agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilinə hücumları nəticəsində azı 39 fələstinli ölüb, 130 nəfər isə yaralanıb.