Xəbərlər

KİV: İsrail təhlükəsizlik tədbirlərini artırıb

Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin Tehranda ölümündən sonra İsrail bütün dünyadakı diplomatik missiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ynet portalı məlumat yayıb.

Qeyd edilib ki, bütün dünyada yerləşən İsrail institutlarında və yəhudi icmalarında da təhlükəsizlik tədbirləri artırılıb.