Xəbərlər

KİV: İsrail tərəfi Bayden administrasiyasının iki dövlətli həll ritorikasından narahatlığını ABŞ-a çatdırıb

İsrail hökuməti prezident Co Bayden də daxil olmaqla Fələstin-İsrail probleminin iki dövlətli həllindən danışan ABŞ-ın yüksək səviyyəli rəsmilərinin sözügedən mövqeyindən narahat olub və Vaşinqton administrasiyasını bu mövzuda ictimaiyyətə açıq danışmamağa çağırıb.

”Füyuzat”ın məlumatına görə, bu barədə “Times of Israel” qəzeti adı açıqlanmayan İsrail və ABŞ-dən olan 4 rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, israilli diplomatlar Bayden administrasiyasından şəxsi görüşlərində iki dövlətli həll yolundan danışmamağı xahiş ediblər.

ABŞ rəsmisi bildirib ki, mesajı sadəcə Vaşinqtonun “siyasi motivli kampaniya” apardığını düşünən və Bayden administrasiyasındakı təsiri məhdud olan Baş nazir Benyamin Netanyahu çatdırmayıb: ”Benny Gantz və müxalifət lideri Yair Lapid də daxil olmaqla, Müharibə Kabinetinin digər üzvləri də Bayden administrasiyasının iki dövlətli həllə dair ritorikasından narahat olduqlarını ifadə ediblər”.

”7 oktyabrda baş verənlərdən sonra iki dövlətli həll HƏMAS üçün bir mükafatdır”, – İsrail rəsmilərindən biri narazılığını ifadə edib.