İsrail və Livanın Hizbullah təşkilatı atəşkəs danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Biz hələ də danışıqlar aparırıq, lakin son 24 saat ərzində irəliləyiş əldə edilib, bu o deməkdir ki, Prezident Co Bayden xüsusi elçi Amos Hokstini xüsusi bir səbəbdən İsrailə göndərib”, – ABŞ rəsmisi nəşrə bildirib. Yekun razılığın hələlik əldə olunmadığı qeyd edilib.
Bundan əvvəl respublikanın Baş naziri Nəcib Mikati deyib ki, Livan hökuməti İsrailin təcavüzünü dayandırmaq və mülki insanları qorumaq üçün hər şeyi edir.