Xəbərlər

KİV: İsrail və Livan yaxın saatlarda atəşkəs elan edə bilər

“İsrail və Livan hakimiyyəti ABŞ və digər ölkələrin səsləndirdiyi atəşkəs təklifini yaxın saatlarda qəbul edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “New York Times” rəsmilərə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ, Aİ, BƏƏ, Səudiyyə Ərəbistanı, Avstraliya, Kanada və digər ölkələr 21 gün müddətində bölgədə dərhal atəşkəsin yaradılmasını tələb edib. Tərəflər böhrana son qoymaq üçün dəstək vəd edərək, İsrail və Livanı atəşkəsə razı olmağa çağırıb.