Xəbərlər

KİV: İsrail və Misir girovlarla bağlı danışıqların bərpasını müzakirə ediblər

İsrailin Baş Təhlükəsizlik Xidmətinin direktoru Ronen Bar Qahirəyə səfər edib və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Walla” informasiya portalı məlumat yayıb.

Verilən məlumata görə, xüsusi xidmət orqanlarının rəhbərləri arasında təmaslar zamanı digər məsələlərlə yanaşı, girovlarla bağlı danışıqlar da müzakirə olunub.