Xəbərlər

KİV: İsrailin hücumları nəticəsində 16 nəfər həlak olub

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini intensiv atəşə tutması və hava hücumları nəticəsində daha 16 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, cənubdakı Rəfah və Xan Yunis şəhərləri, eləcə də sektorun mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsi güclü atəşə məruz qalıb.