Xəbərlər

KİV: İsrailin hücumları nəticəsində 29 nəfər həlak olub

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 29 nəfər ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, İsrail Qüvvələri Fələstin anklavının hər yerində köçkünlərin olduğu çadır düşərgələrinə zərbələr endirib.