Xəbərlər

KİV: İsrailin hücumu nəticəsində Qəzzada daha 17 fələstinli həlak olub

İsrailin Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində daha 17 nəfər ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı İsrail ordusuna istinadən məlumat yayıb.

“Bölgədəki terror infrastrukturunun sistematik şəkildə məhv edilməsinə yönəlmiş “Cəbəliyyə” əməliyyatı İsrail qüvvələrinin məqsədlərinə çatmaq üçün lazım olan müddətə qədər davam edəcək”, – ordunun mətbuat xidməti bildirib.