Xəbərlər

KİV: İsrailin zərbələri nəticəsində 35 nəfər həlak olub

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 35 fələstinli həlak olub, 109 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, ölənlərdən azı 8-i İsrail ordusunun Fələstin anklavının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi zərbənin qurbanı olub.