Xəbərlər

KİV: İsrailin zərbələri nəticəsində daha 12 nəfər ölüb

İsrailin Fələstin anklavının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində Qəzza zolağında daha 12 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail artilleriyası Qəzza şəhərinin bir çox ərazilərini intensiv şəkildə atəşə tutur. Anklavdakı mülki müdafiə qüvvələri insanların yerləşə biləcəyi dağıdılmış evlərə çata bilmirlər. Ordu zolağın cənub hissəsindəki Rəfah şəhərinə zərbələr endirməkdə davam edir”, – məlumatda qeyd olunub.