Xəbərlər

KİV: İsrail–İran münaqişəsi NATO sammitində əsas mövzu olacaq

“Bu mövzunun alyansın maraqlarına uyğun gəlməməsinə baxmayaraq, NATO-nun Haaqa sammitində İran və İsrail arasında münaqişə də müzakirə olunacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

“İran məsələsi sammitdə böyük müzakirə mövzusu olacaq. Düzdür, bu mövzu, NATO-nun mövzusu deyil, lakin liderlər bu barədə ABŞ prezidenti Donald Trampla danışmaq istəyirlər”, – məlumatda bildirilib.