Xəbərlər

KİV: İsveçrə ukraynalıların ölkədə qalmasına icazə vermir

“İsveçrə hakimiyyət ukraynalılara ölkədə qalmasına icazə vermir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sonntags Zeitung” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ukraynalılardan ölkədə müvəqqəti qalmaq üçün müraciətlərin sayı xeyli azalıb.

Qəzet izah edir ki, imtinanın əsas səbəbləri ərizəçilərin əvvəllər müvafiq statusu başqa ölkələrdə, məsələn, Belçika, Böyük Britaniya, Litva və Rumıniyada alması, yaxud ABŞ və ya Kanada vizalarının müddətinin bitməsidir.

Ölkədə qalmaq üçün müraciət edənlərin özləri haqqında sonradan məlum olan əhəmiyyətli məlumatları ərizədə göstərməmələri, vaxtının çox hissəsini başqa ölkələrdə keçirmələri, qanun pozuntuları törətmələri ilə əlaqədar bu günə qədər departament 104-ə yaxın ölkədə qalmaq icazəsini ləğv edib.

Qeyd edək ki, hazırda İsveçrədə ümumilikdə 66 minə yaxın ukraynalı miqrant yaşayır.