Xəbərlər

KİV: Litva Ukraynaya və özünə PUA-lar alıb

Litvanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri və öz ordusu üçün 8 milyon avro dəyərində pilotsuz uçuş aparatları (PUA) alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Delfi” portalı məlumat yayıb.

“Litvada dronların və anti-dronların istehsalını təşviq etməyə çalışırıq. Ukraynada müqavilələrin imzalanması bizim dron istehsalçılarımız üçün böyük bir təkandır və bu, şübhəsiz ki, milli təhlükəsizliyin fundamental maraqlarına da cavabdehdir”, – portal Litvanın Müdafiə Nazirliyinin rəhbəri Laurinas Kasciunasa istinadən bildirib.

Qeyd edilib ki, Litva öz ordusu üçün 3 milyon avro dəyərində 2,3 min “FPV” pilotsuz uçuş aparatı, Ukrayna Silahlı Qüvvələrinə isə ümumi dəyəri 5 milyon avro olan eyni tipli təxminən 5 min PUA alacaq.