ABŞ və Fransanın təşəbbüsünə uyğun olaraq Livan və İsrail arasında atəşkəs razılaşması əldə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Nahar” qəzeti məlumat yayıb.
“Atəşkəs Livan ordusunun bölmələrinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur. İsrail 60 gün ərzində tədricən öz qoşunlarını Livandan çıxaracaq”, – məlumatda bildirilib.
Livanın Baş naziri Nəcib Mikati əldə olunmuş atəşkəs razılaşmasından məmnunluğunu ifadə edib. O, hökumətin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına sadiqliyini və UNIFIL ilə əməkdaşlıq çərçivəsində Livan ordusunun ölkənin cənubunda mövcudluğunu gücləndirmək niyyətini bir daha təsdiqləyib.