Xəbərlər

KİV: Misir prezidenti gələn həftə Türkiyəyə səfər edəcək

Misir prezidenti Əbdülfəttah əs-Sisi gələn həftə Türkiyəyə səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ash-Sharq” telekanalı məlumat yayıb.

Görüş zamanı müzakirə ediləcək mövzular barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2024-cü ilin fevralında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirə ilə Ankara arasında münasibətlərin normallaşması çərçivəsində 12 ildən sonra ilk dəfə Misirə səfər edib.