Xəbərlər

KİV: Misir Qəzzada sülh danışıqlarının uğursuzluğunda İsraili günahlandırıb

Misir İsrail hökumətini Qəzza zolağında atəşkəs razılaşmasına nail olmamaqda ittiham edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

“İsrail hökuməti atəşkəs razılaşmasının bağlanmamasına görə məsuliyyət daşıyır. İndiki müharibənin davam etməsi və onun regionda mümkün genişlənməsi son dərəcə təhlükəlidir. Bu müharibə bütün səviyyələrdə dəhşətli nəticələrə gətirib çıxaracaq”, – məlumatda bildirilib.