“Misir və İsrail arasında münasibətlər 1979-cu il sülh müqaviləsindən bəri ən aşağı həddə çatıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Münasibətlərin pisləşməsinə səbəb Qəzza zolağını birləşdirən Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət etmək barədə fikir ayrılığı olub.
Qeyd edilib ki, son 48 saat ərzində Misir və İsrail nümayəndələri Qahirədə bir sıra məsləhətləşmələr aparıblar və bu məsləhətləşmələrdə Misir tərəfi İsrail qüvvələrinin Rəfah keçid məntəqəsinə nəzarət etməsinə razı olmayacağını bəyan edib. Misir həmçinin İsraili sərhəddə qoşunlarının yerləşdirilməsini qadağan edən ikitərəfli razılaşmaları pozmaqda da ittiham edib.