Xəbərlər

KİV: Modi Fransaya səfər etmək niyyətindədir

“Hindistanın Baş naziri Narendra Modi fevralda Fransaya səfər etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Hindu” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Baş nazir Modinin süni intellektlə bağlı sammitdə iştirak etmək üçün Parisə səfəri gözlənilir. Səfər zamanı həm də ikitərəfli münasibətlərə toxunulacaq. Tərəflər müzakirənin son mərhələsində olan iki sövdələşmə üzərində işləyirlər”, – mənbə bildirib.

Qeyd edək ki, Hindistan hökumətinin başçısı fevralın 10 və 11-də Fransada keçiriləcək sammitdə iştirak etmək üçün dəvət alıb.