İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi üçün yanvarın 20-nə planlaşdırılan ABŞ səfərini ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
İsrail hökumətinin başçısının səfəri ləğv etməsinin səbəbi qeyd olunmayıb.