İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşaviri Eliezer Feldstein məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzası ilə üzləşib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb
Məlumata görə, Feldstein əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.
Nəşrin məlumatına görə, bu işdə şübhəli bilinən başqa bir İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan və adı açıqlanmayan əsgərini yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.